Sürücünü bıçaqla hədələyib pulunu aldı

Sürücünü bıçaqla hədələyib pulunu aldı
  14 Aprel 2022    Oxunub:1221
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə aprelin 13-də saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan sərnişininin onu bıçaqla hədələyib 40 manat pulunu talaması barədə müraciət daxil olub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev müəyyən edilərək saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az



Teqlər: Sürücü  





Xəbər lenti