Silsilə oğurluqlar edən tutuldu

Silsilə oğurluqlar edən tutuldu
  15 Aprel 2022    Oxunub:877
Xudatda silsilə oğurluqlar edən şəxs həbs edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat Polis Bölməsinə daxil olan müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xudat şəhər sakini Qədir İsayev saxlanılıb.

Araşdırma zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda Xudat şəhəri ərazisində olan ərzaq mağazalarına girərək oradan pul, ümumi 1 710 manat dəyərində müxtəlif növ siqaretlər və külli miqdarda danışıq kartları oğurladığı müəyyən edilib.

Bundan başqa, o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə ayrı-ayrı vaxtlarda avtomobil təmir sexinə daxil olaraq oradan ümumilikdə 2 400 manat pul oğurlayıb. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti