Xarkovda 30-a yaxın polşalı muzdlu öldürülüb

   Xarkovda  30-a yaxın polşalı muzdlu öldürülüb
  15 Aprel 2022    Oxunub:974
Ukraynanın Xarkov vilayətinin İzyumskoye yaşayış məntəqəsinə Rusiya raket qoşunlarının endirdiyi zərbə nəticəsində Polşanın özəl hərbi şirkətinin muzdlu dəstəsinin 30-a yaxın üzvü öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, ötən gecə ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın 221 hərbi obyektini, o cümlədən 12 komanda məntəqəsini, 176 dayaq məntəqəsi və düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub:

“Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 132 təyyarə, 105 helikopter, 456 pilotsuz uçuş aparatı (PUA), 2213 tank və zirehli texnikası, həmçinin 249 reaktiv yaylım atəşi qurğusu, 966 ədəd səhra artilleriya silahı və minaatan qurğusu, həmçinin 2110 ədəd xüsusi təyinatlı hərbi maşınını məhv edib”.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti