Bakı sakini döyülüb

Bakı sakini döyülüb
  16 Aprel 2022    Oxunub:1081
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisində 3 nəfərin xuliqanlıq zəminində qəsəbə sakini R.Süleymanovu döymələri barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin R.Süleymanovu döyərək 500 manat pulunu almaları da müəyyən olunub.

E.Muradov şübhəli şəxs qismində tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti