“Pankartdakı dollar işarəsinə görə cəza düşür” - AFFA-dan açıqlama

   “Pankartdakı dollar işarəsinə görə cəza düşür” -  AFFA-dan açıqlama
  17 Aprel 2022    Oxunub:775
AFFA İntizam Komitəsi "Kəpəz"i cəzalandırıb. Gəncəlilər 1-ci divizionun 21-ci turunun səfərdə "Turan Tovuz"la reallaşan oyununda icazəsiz pankart açıblar. Bu səbəbdən də qurum onları 160 manat cərimələyib.
AzVision.az xəbər verir ki, AFFA İntizam Komitəsinin rəhbəri Erkin Hüseynov bununla əlaqədar “Futbol+” qəzetinin sualını cavablandırıb.

"Azərbaycan Premyer Liqasının, kubokunun, 1-ci divizionunun Əsasnaməsinin 29.30-cu maddəsinə görə, azarkeşlər görüş əsnasında plakat qaldırmaq istəyirlərsə, oyunöncəsi, fasilədə, matçdan sonra görüləcək tədbirlərlə bağlı PFL-ə müraciət etməlidir. Bir də Azərbaycan əlifbasında “ş” hərfi var. Həmin pankartdakı isə dollar işarəsidir. Ümumiyyətlə, buna görə də cəza düşür", - deyə E. Hüseynov bildirib.

AFFA rəsmisi, "dəfələrlə olub ki, hansısa klubun əcnəbi və ya yerli azarkeşləri fərqli dillərdə normal plakatlar açıblar. Onlar nə üçün cəzalanmayıblar?" sualına belə cavab verib:

“Çox yaxşı məsələyə toxunduz. Çünki bəzi AFFA nümayəndələri həmin şeyləri görmürlər. Ya da mediada bu haqda nəsə yazılmır ki, biz onu bilib, cəzalandıraq. Amma yenə deyirəm, bütün pankartlar və plakatlar üçün PFL-dən icazə almaq lazımdır".

AzVision.az


Teqlər:





Xəbər lenti