Göyçayda vəzifəli şəxs saxlanıldı - FOTO

   Göyçayda vəzifəli şəxs saxlanıldı -    FOTO
  18 Aprel 2022    Oxunub:829
Göyçay rayon İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəşad Şükürovun rayon icra hakimiyyətində aparılan qanun pozuntuları ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı bildirilir.
Xatırladaq ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl vəzifəsindən azad olunub. Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rayon icra hakimiyyətində yoxlamalar başlayıb. Qanun pozuntuları ilə bağlı dindirilər vəzifəli şəxslərdən sabiq icra başçısının köməkçisi Vahid İsayev barəsində həbs-qətimkan tədbiri seçilib.(APA)



AzVision.az



Teqlər: Göyçay  





Xəbər lenti