Səhnədə qonaqları kəmərlə vuran şəxs həbs olundu

   Səhnədə qonaqları kəmərlə vuran şəxs həbs olundu
  18 Aprel 2022    Oxunub:1642
Bakıda ticarət mərkəzində bloger Hüseyn Həsənovun şəhər sakinlərilə görüşü əks olunan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması əks olunur. DİN-in Mətbuat Xidmətindən AzVision.az-a bildirilib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb.
"Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir", - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti