Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunda mina tapıldı - VİDEO
Bu fakt bir daha onu göstərir ki, Ermənistan mülki əhaliyə, Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir. Nəzərə almaq lazımdır ki, Ermənistanın bir müddət əvvəl Azərbaycana təqdim etdiyi mina xəritələrinin 80%-i feyk çıxıb. Beləliklə, məlum olur ki, Ermənistan basdırdığı minaların yerini gizlətməklə müharibə cinayətlərini davam etdirmək, yeni-yeni günahsız insanların ölümü məqsədini güdür. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə, 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
ANAMA xətti ilə isə bu günədək 8612 ha ərazi təmizlənib, 14757 ədəd PHS, 10838 ədəd piyada əleyhinə mina, 5183 ədəd tank əleyhinə mina olmaqla, 30778 ədəd mina və PHS zərərsizləşdirilib.
AzVision.az
Teqlər: Kəlbəcər