Gəncədə məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi açıldı

Gəncədə məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi açıldı
  21 Aprel 2022    Oxunub:756
Gəncədə məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis leytenantı Eşqin Qasımov deyib. O bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 126.1 ci maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır:

"Hadisəni törətməkdə şübhəli bilinən şəxsin barəsində yetkinlik yaşına çatmayanın nəzarət altına verilməsi qəti imkan tədbiri seçilib və nizam intizam əsasında ailəsinə təhvil verilib. Hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar davam etdirilir, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qız şagirdi digə məktəbli qıza bıçaqla xəsarət yetirib.

AzVision.az



Teqlər: Gəncə  





Xəbər lenti