Bakıda bir qrup gənc iki nəfəri döydü

   Bakıda bir qrup gənc iki nəfəri döydü
  21 Aprel 2022    Oxunub:754
Səbail Rayon Polis İdarəsinə aprelin 19-da saat 20 radələrində metronun “İçəri şəhər” stansiyasının yaxınlığında bir qrup gəncin Bakı şəhər sakinləri E.Bağırovu və V.Xanlarovu döymələri və E.Bağırovun mobil telefonunu almaları barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıblar. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti