Müstəntiqin öldürdüyü qadın da polis imiş

   Müstəntiqin öldürdüyü qadın da polis imiş
  23 Aprel 2022    Oxunub:1124
Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı yeni xəbər var.
AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, qətlə yetirilən Günay Cabbarova Daxili İşlər Nazirliyi Tibb İdarəsində çalışıb. Serjant rütbəsini daşıyan Günay uroloq imiş.

Qeyd edək ki, ötən gün 1989-cu il təvəllüdlü polis mayoru, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Tural Akif oğlu Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Polis  





Xəbər lenti