Səs yazısı yayılan direktor müavini işdən çıxarılıb
"Sözügedən məsələ ilə bağlı səs yazısı təsərrüfat işləri üzrə direktor müavinin texniki işçilərdən pul tələb etməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən azad edilib, direktor vəzifəsinin həvaləsi isə direktor müavinindən geri götürülüb. Məktəbdə müəllim və şagirdlərdən heç bir vəsait tələb olunmayıb. Texniki işçilərdən pul tələb edilməsi ilə bağlı məlum səsyazısı məktəbin təsərrüfat işləri üzrə direktor müavininə aiddir".
AzVision.az
Teqlər: Məktəb