Motosiklet sürücüsünü döyən məmur saxlanıldı

      Motosiklet sürücüsünü döyən məmur saxlanıldı
  26 Aprel 2022    Oxunub:1853
Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq. Onun inzibati qaydada həbs ediləcəyi bildirilir.
Motosiklet sürücüsünü döyən məmur danışdı: "Bilirəm, məni işdən çıxaracaqlar, səhv elədim"
Qeyd edək ki, Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.(Qafqazinfo)

AzVision.az



Teqlər:   Məmur  





Xəbər lenti