Ukrayna Premyer Liqası vaxtından əvvəl başa çatdırıldı
Qərarə əsasən, 24 fevral 2022-ci il tarixinə olan turnir cədvəli 2021/22 mövsümünün yekun sıralaması olacaq. Yəni Donetsk "Şaxtyor"u çempion, Kiyev "Dinamo"su 2-ci, "Dnepr-1" komandası isə 3-cü yeri tutub. Qaliblərin mükafatlandırılmayacağı bildirilib.
Qərar təsdiqlənmək üçün Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsinə göndərilib.
AzVision.az
Teqlər: