UEFA Rusiya yığma və klublarını yarışlardan uzaqlaşdırır

UEFA Rusiya yığma və klublarını yarışlardan uzaqlaşdırır
  30 Aprel 2022    Oxunub:1300
UEFA yaxın vaxtlarda 2022/2023-cü illər mövsümü üçün Rusiya Federasiyasından olan bütün klub və komandalarının bu qurumun himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılması ilə bağlı qərar verəcək.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilir ki, alternativ qadağalar da nəzərdən keçirilir. Yəni, Rusiya komandalarına qadağa “sonrakı xəbərdarlığa qədər” uzadıla bilər.

Bu isə o deməkdir ki, klublar yeni mövsümdə avrokuboklarda iştirak edə bilməyəcək və bütün komandalar Avropa İttifaqının himayəsi altında keçirilən turnirlərdən kənarda qalacaqlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti