Rusiyalı mütəxəssis çempion olan "Qarabağ"ı təriflədi
Rusiyalı mütəxəssis bildirib ki, Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade meydandan qovulanadək rəqib bizdən daha yaxşı və aqressiv oynayırdı. Amma futbol bu cür şeylərlə gözəldir. Bir qovulma hər şeyi dəyişə bilər. Qırmızı vərəqədən sonra qol vura bilərdik. Düşünürəm ki, oyun azarkeşlərin xoşuna gəldi. Çoxlu emosiya var idi".
Onun sözlərinə görə, komandası ilk hissədə cəld oynamırdı: "Rəqib asanlıqla pressinq edib topu bizdən alırdı. Bu komandaya qarşı daha aqressiv oynamaq lazımdır".
Musayev "Qarabağ"ın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib: "Hələlik nəsə demək çətindir. Qrupa düşmək üçün müəyyən mərhələlər keçməlidilər. Qrupa düşməyə qadirdirlər. "Qarabağ" evdə hər rəqibi uda bilər".
Baş məşqçi "Qarabağ"ın 60 dəqiqə komandasından daha yaxşı oynadığını etiraf edib: "Nəticənin ədalətsiz olduğunu deyə bilmərəm. Rəqib azlıqda qalsa da, təhlükəli epizodlar yaratdı. Bir xal bizim üçün də önəmli idi".
Musayev "Mövsümün əvvəlində "Sabah"a rəhbərlik etsəydiniz, çempionluğa oynamaq olardımı" sualına bu cür cavab verib: "Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir. Bəlkə də ilk "3-lüy"ə düşmək olardı".
Teqlər: