“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanov bildirib ki, bizim şəhidlərimizə, onların ailələrinə, doğmalarına olan borcumuzu heç nə ödəmək mümkün deyil: "Amma hər birimiz buna hər zaman çalışmalıyıq. Həm insanlıq, həm vətəndaş, həm də vəzifə borcumuzun fərqində olmalıyıq. Cənab Prezident, Ali Baş Komandanın dediyi kimi: "Bütün məmurlar, dövlət qurumları, icra orqanları şəhid ailələrinə kömək göstərməlidirlər! Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailələrinə köməklik göstərsin".
"Fire Land Production"un amalı da şəhidlərin əmanətlərinin yanında olub onlara mənəvi dəstək verərək, qəhrəmanlarımızı tanıtmaqdır! Bu xalqın mübarizə ruhu onlarla yüksəlir.
“Mənim Oğlum Qəhrəmandır” layihəsinin böyük ailəsi şəhid əmanətlərinə daim sədaqətli olacaq!,- Cəlal Qurbanov vurğulayıb.