İrandan narkotik və psixotrop maddələr keçirmək istədi
Yoxlama zamanı idman çantasının içərisində 30 kapsul “Qabapentin”, 20 ədəd “Alprazolam”, 30 kapsul “Pregabalin”, 38 ədəd üzərində “ddp/M20” nişanəsi olan “Metadon” adlı həblər, 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində isə plastik qabda- 210 ml həcmində maye halında “Metadon” aşkarlanıb.
Xatırladaq ki, “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil edilmiş “Qabapentin”in ümumi miqdarı 3 qram, “Pregabalin”in isə miqdarı 1,5 qram, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələ”rin III Siyahısına daxil olan “Alprazolam”ın ümumi miqdarı 0,01 qram və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxil olan “Metadon”un miqdarı 0,76 qram, maye halındakı “Metadon”un isə miqdarı 0,21 qram təşkil edir.
AzVision.az
Teqlər: İran