213 minlik dələduzluq edən şəxs tutuldu
Faktlarla bağlı Vüsal Bağırov barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət İşi başlanılıb.
Vüsal Bağırov saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan şəxsin digər şəxslərə qarşı analoji cinayətlər törətməsi istisna edilmir. Vüsal Bağırovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
AzVision.az
Teqlər: Dələduz