Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə öldü

   Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə öldü
  19 May 2022    Oxunub:1271
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. AzVision.az xəbər verir ki, hadisə Xızı-Giləzi yolununun 24-cü kilometrliyində baş verib.
Belə ki, həmin yolda "Niva" markalı avtomobil "Daewoo Nexia" markalı digər avtomobillə toqquşub. Daha sonra "Niva" yoldan çıxaraq ekspedisiya üçün Xızıya gedən 1957-ci il təvəllüdlü Tofiq Məmmədovu vuraraq öldürüb.

Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Mr Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.

T.Məmmədov 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə "Şöhrət Ordeni"nə layiq görülüb. Ailəli idi, 2 övladı var.

AzVision.az


Teqlər: Direktor   Qəza  





Xəbər lenti