Sərxoş dostlar PPX maşınına minib, düşmək istəmədilər

   Sərxoş dostlar PPX maşınına minib, düşmək istəmədilər
  20 May 2022    Oxunub:1881
Bir neçə gün əvvəl Bakının Xətai rayonunda yerləşən parkda maraqlı hadisə baş verib.
“Gənclik” parkında qəfil yağış yağmağa başlayarkən üç nəfər qaçaraq ərazidəki Post Patrul Xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobilə daxil olub. Onlar maşının qapısını içəridən bağlayaraq düşməkdən imtina ediblər.

Ərazidə xidmət aparan polislərin qanuni tələbinə məhəl qoymayan həmin şəxslər daha sonra saxlanılaraq bölməyə aparılıblar. Məlum olub ki, həmin şəxslər Qəbələ rayonunun Zarağan kənd sakinləridir və sərxoş vəziyyətdədirlər. Bölmədə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 30-35 yaşlı üç dostun işi məhkəməyə göndərilib.

Məhkəmədə onlar yağışdan qorunmaq üçün belə bir hərəkət etdiklərini, peşman olduqlarını deyiblər. Xətai Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 150 manat cərimə edilməklə sərbəst buraxılıblar.(Kriminalqafqaz)

AzVision.az


Teqlər: PPX  





Xəbər lenti