Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü

   Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü
  21 May 2022    Oxunub:1709
Ağdaş rayonu Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident baş verdiyi iddia edilib.
Bildirilib ki, iki ibtidai sinif müəllimi məktəbdə təhsil alan uşaqların nənəsini döyüb. Müəllimlərin uşaqları dərsə hazır olmadıqları üçün təhqir etdikləri qeyd olunub. Daha sonra uşaqların nənələri məktəbə gəlib və mübahisə düşüb.

İddia edilib ki, hadisə direktor otağının qapısı önündə baş verib, amma kamera görüntüləri silinib. Qeyd edək ki, uşaqların nənəsi sözügedən məktəbdə texniki işçidir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında tərəflərin izahatları alınıb:

“Döyüldüyünü iddia edən şəxslə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib. Ekspertizanın, eləcə də aparılan araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq”.

AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti