210 min dollar uğrunda yarış: Şəhriyar norveçli ilə qarşı-qarşıya

210 min dollar uğrunda yarış:    Şəhriyar norveçli ilə qarşı-qarşıya
  21 May 2022    Oxunub:1511
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.
37 yaşlı qrosmeyster “Chessable Masters” adlanan turnirin IX turunda ağ fiqurlarla norveçli Aryan Tari ilə üz-üzə gələcək.

Məmmədyarov X turda isveçli Nils Qrandeliusla qara, XI turda hindistanlı Rameşbabu Praqnanandha ilə ağ fiqurlarla oynayacaq. Təcrübəli şahmatçı XII turda digər hindistanlı rəqibi Pentala Harikrişna ilə qarşılaşacaq. O, qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. Doqquz xala malik Məmmədyarov səkkiz görüşdən sonra Qrandeliusla birlikdə 10-11-ci yerləri bölüşdürür. “Chessable Masters”də 16 zəka sahibi çıxış edir.

AzVision.az



Teqlər: Şahmat  





Xəbər lenti