Həyətində narkotik plantasiyası saldı, polis saxladı

Həyətində narkotik plantasiyası saldı, polis saxladı
  23 May 2022    Oxunub:1242
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, rayonun Ləkiçıplaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxsin əvvəllər də törətdiyi ağır cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Ürfan Osmanov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsindən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 10 kiloqrama yaxın olan 166 ədəd çətənə kolu aşkarlanıb. Ü.Osmanov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti