Yararsız 340 kq məhsul məhv edildi

Yararsız 340 kq məhsul məhv edildi
  25 May 2022    Oxunub:1266
“Market-İN” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 340 kq müxtəlif növ qida məhsulları (alkoqolsuz içkilər, süd məhsulları, unlu-qənnadı məmulatları və s.) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bu barədə AzVision.az -a Agentlikdən məlumat verilib. Qeyd olunub ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

AzVision.az



Teqlər: Məhsul  





Xəbər lenti