Bakıda yanmış meyiti tapılan müəllim öldürülübmüş
İlkin ehtimala görə, qətl tamah məqsədilə törədilib. Qeyd edək ki, 1961-ci il təvəllüdlü Xuraman Həsənova Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi olub.
Bildirilib ki, tək yaşayan X.Həsənova hadisədən bir neçə gün əvvəl Türkiyədən qızının toyundan qayıdıb.
Ailə üzvləri evdəki yanğının iz itirmək məqsədilə qəsdən törədildiyini, mənzildə X.Həsənovaya məxsus pul və qızılların yoxa çıxdığını qeyd ediblər.(Qafqazinfo)
AzVision.az
Teqlər: Meyit