Sərxoş vəziyyətdə atasını güllələyib öldürdü
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
AzVision.az
Teqlər: Bərdə