"Bəzən uşaqlar zorla himayəyə verilir" - Aynur Sofiyeva
O bildirib ki, bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayə verilməsi hallarına rast gəlinib.
A.Sofiyeva qeyd edib ki, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb:
"Müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə edilir. Buna görədə mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır.
Mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır. Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökümət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır".
Aytən Zəhra
AzVision.az
Teqlər: