Sərhədi pozmağa cəhd edən 6 nəfər saxlanıldı, 5-i azyaşlıdır
Araşdırma zamanı onların Gürcüstan ərazisində dilənmə məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləşdirilib.
Ötən müddətdə bu kateqoriyadan olan şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılmış, azyaşlılar aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil veriliblər.
Dövlət sərhədinin qanunsuz keçilməsinin cinayət tərkibli əməl olması, uşaq əməyinin istismarı və azyaşlıların avaraçılığa cəlb edilməsinə görə hüquqi məsuliyyət daşımaları, eləcə də azyaşlı uşaqların gecə vaxtı, vəhşi heyvanların olduğu ərazilərdən keçirilməsinin onların həyatlarına təhlükə, emosional-psixoloji durumlarına sarsıntı olması barədə valideynlərlə dəfələrlə izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu kimi cəhdlərin təkrarən baş verməsi müşahidə olunur.
Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması üzrə tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: DSX