Şirvan sakininin ölümü ilə bağlı cinayət işi başlandı

Şirvan sakininin ölümü ilə bağlı cinayət işi başlandı
  03 İyun 2022    Oxunub:1368
Mayın 21-i saat 07 radələrində şəhər sakini, 2004-cü il təvəllüdlü Əli Ələkbərovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib. Araşdırmalarla müəyyən edilib ki, Əli Ələkbərov yağışlı hava şəraitində yaşadığı Şirvan şəhəri, N.Tusi küçəsində hərəkətdə olarkən transformatora yaxın dəmir dayağın söykənəcəyindən tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam edir.

AzVision.az



Teqlər: Şirvan  





Xəbər lenti