Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
  04 İyun 2022    Oxunub:1604
Mayın 29-da Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər: Meyit  





Xəbər lenti