Meşədə narkotik plantasiyası salanlar ələ keçdi
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan Şirvan şəhər sakinləri-Amid Cəbiyev və Anar Ərəbov elə iş başında yaxalanıblar. Əraziyə baxış keçirilən zaman 984 ədəd çətənə bitkisi və onlara qulluq etmək üçün yaratdıqları hovuzlar aşkarlanıb.
Saxlanılan dostlar ifadələrində Şirvan şəhərindən İsmayıllıya gələrək burada ötən aynarkotik tərkibli bitkiləri becərdiklərini və vaxtaşırı qulluq göstərdiklərini etiraf ediblər. Məqsədləri isə yetişdirib qurutduqdan sonra satmaq və yüksək qazanc əldə etmək olub.Ancaq onların bu “istək”ləri reallaşmayıb və hər ikisi törətdikləri əmələ görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq- əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: DİN