Ermənistan millisinin baş məşqçisi ukraynalı jurnalistə cavab verə bilmədi
Jurnalist sual verib ki, nəyə görə erməni futbolçular matçdan öncə Ukrayna ilə həmrəylik nümayiş etdirməyiblər? Əvvəlcə Ermənistan Futbol Federasiyasının mətbuat katibi bildirib ki, məşqçi siyasi suallara cavab verməyəcək.
Kaparros özü də bir neçə dildə izah etməyə çalışıb ki, bu haqda danışmaq niyyətində deyil. Daha sonra isə ispaniyalı mütəxəssis mətbuat konfransının keçirildiyi zalı tərk edib.
AzVision.az
Teqlər: