Türkiyəli pilot Bakıdakı insidentə görə cərimələndi
İnsident zamanı Yavuz Bölükbaşı və Martinez bir-birilərini itələyiblər. Buna görə türkiyəli pilota 5 000 avro cərimə tətbiq olunub.
Qeyd edək ki, Roy Nissani və Cem Bölükbaşı Azərbaycan Qran-prisində bir-birilərinə toxunduqdan sonra qoruyucu səddə çırpılıblar. Hadisədən sonra israilli sürücü "trasda bir axmaq var" ifadəsini işlədib. Bölükbaşı isə "o mənə toxundu" deyib.
Daha sonra yarış rəhbərliyi hadisəni araşdırıb və Nissaninin qəzaya səbəb olduğu üzə çıxıb.
AzVision.az