Dünən "Son zəng"i çalınan məzun çayda boğuldu

   Dünən "Son zəng"i çalınan məzun    çayda boğuldu
  15 İyun 2022    Oxunub:2103
Dünən Masallı rayon Mollaoba kənd sakini olan 2004-cü il təvəllüdlü Məhəmmədəli Əzizli Yasin oğlu ehtiyatsızlıqdan çaya düşüb. Ətrafındakılar onu xilas edə bilməyiblər.
AzVision.az xəbər verir ki, hadisə Lənkəranın Osaküçə kəndi ərazisindəki istirahət mərkəzlərinin birində baş verib.

Kənd sakinləri M.Əzizlinin cansız bədənini sudan çıxarıblar.

Qeyd edək ki, bədbəxt hadisə Mollaoba kənd tam orta məktəb məzunlarının istirahət gəzintisi zamanı baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti