Bakıda binanın lifti qırıldı: Yaralılar var
Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib. Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, xəsarət alanlardan dördü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub: “Bir nəfər isə tibb müəssisəsinə getməkdən imtina edib”.
AzVision.az
Teqlər: Lift