Bərdə rayon prokurorluğundan
AzVision.az -a verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Namiq Hüseynovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Anar Hüseynovu qəsdən öldürməsinə, daha sonra həmin tüfəngdən özünün baş nahiyəsinə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
AzVision.az