Propan qazı aşdı: Kişi yanıb öldü

      Propan qazı aşdı:    Kişi yanıb öldü
  20 İyun 2022    Oxunub:1032
Bakıda kişi faciəvi şəkildə ölüb.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Propan qaz balonunun qəfil alışması nəticəsində 54 yaşlı Əliyev Mübariz Qurbanəli oğlu ağır dərəcəli yanıq xəsarətləri alıb.

O, dərhal Respublika 5 saylı Yanıq Mərkəzinə yerləşdirilib. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə nəticəsində M. Əliyevin bədəninin 95 faizi yanıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti