Karate üzrə I Açıq Çempionat keçiriləcək

Karate üzrə I Açıq Çempionat keçiriləcək
  20 İyun 2022    Oxunub:1307
İyunun 22-də ARPAÇAY Karate Klubunun təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında Bakı İdman Sarayının I Açıq Çempionatı keçiriləcək.
Yarış barədə məlumat verən Arpaçay Karate Klubunun prezidenti, Bakı İdman Sarayının İdman Şöbəsinin müdiri, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, bu dəfə karate idman növü ilə yeni məşğul olmağa başlayan idmançılarımız böyük arenada öz güclərini sınayacaqlar: “5-13 yaş arasında karate ilə yeni məşğul olmağabaşlayan idmançıların iştirakı ilə ilk dəfə olaraq böyük və möhtəşəm çempionat keçiriləcək.Yarışın keçirilməsi üçün bizə dəstək olan Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Bakı İdman Sarayınındirektoru Əli Əsgərova dərin təşəkkürümüzü bildiririk”.

Y.Hüseynov onu da bildirib ki, ARPAÇAY Karate Klubunun və Bakı İdman Sarayınınidmanımızın inkişafı ilə bağlı möhtəşəm layihələri davam edəcək və yaxın zamanlarda ölkəmizdə ilk dəfə olaraq idman festivali keçiriləcək: “Gənclər və İdman Nazirliyinin,Bakı İdman Sarayının dəstəyi və Arpaçay Karate Klubunun təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Azərbaycanda ilk dəfə olaraq beynəlxalq idman festivalı keçiriləcək. Festivalın 19-23 oktyabr 2022-ci il tarixlərində Bakı İdman Sarayında baş tutacağı gözlənilir.Bütün idman növləri ilə məşğul olan federasiyalar, klublar və idmançılar bu festivalda iştirak edə biləcəklər”.


AzVision.az



Teqlər:





Xəbər lenti