Ağdamda avtoxuliqan həbs edildi
DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon sakini Nicat Mehdiyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə xuliqanlıq etdiyinə görə saxlanılıb. Onun idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.
Polis əməkdaşları tərəfindən N.Mehdiyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
AzVision.az
Teqlər: Ağdam