“Nəfəs” İctimai Birliyindən təqdirəlayiq addım
"“Nəfəs” İctimai Birliyi olaraq bu dəfə Hadrut uğrunda gedən döyüşlərdə həyatından keçən qəhrəman şəhidimiz Hüseynli İbrahimin ailəsinə dayaq olduq. Dövlət tərəfindən ailəyə bağışlanan mənzili yaşayış üçün zəruri olan mebel və avadanlıqlarla təmin etdik, yerləşdirdik və hazır vəziyyətə gətirdik. Şəhidimizin özü kimi mərd yoldaşı Sürfanə xanımı və doğulduğu gündən etibarən himayəmizdə böyüyən, atasının son arzusuna əsasən Alituran adı verilən balamızı yeni evinə köçürdük. Dəyərli ailəmizə yeni mənzilində qayğısız sevincli günlər arzu edirik".
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan şəhid Hüseynli İbrahim Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
AzVision.az
Teqlər: İctimai-Birlik Şəhid