Daha bir dövlət qurumunda əməliyyat - İdarə rəisi tutuldu

   Daha bir dövlət qurumunda əməliyyat -    İdarə rəisi tutuldu
  21 İyun 2022    Oxunub:1380
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
İdarənin əməliyyat qrupu Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də əməliyyat-axtarış tədbirləri aparıb.

Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanıldığı bildirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən əməliyyatın keçirilməsi barədə məlumatı saytımıza təsdiq ediblər. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, əməliyyatla bağlı ilk xəbəri qaynarinfo.az saytı yayıb.

AzVision.az


Teqlər: Həbs  





Xəbər lenti