Çempionlar Liqasında yeni mövsümə start verildi

Çempionlar Liqasında yeni mövsümə start verildi
  21 İyun 2022    Oxunub:719
Çempionlar Liqasında 2022/2023 mövsümünə start verilib. AzVision.az xəbər verir ki, ilkin təsnifat mərhələsinin yarımfinalında San Marinonun "La Fiorita" və Andorranın "İnter" komandaları qarşılaşıb.
Oyun Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "İnter" bu qələbə ilə finala yüksəlib. Komanda iyunun 24-də oynanılacaq həlledici matçda bu gün yarımfinalda keçiriləcək "Levadiya" (Estoniya) - "Vikinqur" (İslandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

"La Fiorita" (San Marino) - "İnter" (Andorra) - 1:2

Qollar: Rİnaldi, 45+2 (1:0), Soldevilla, 55 (1:1), 66 (1:2)

23:30."Levadiya" (Estoniya) - "Vikinqur" (İslandiya)

Qeyd edək ki, ilkin mərhələnin qalibi 1-ci təsnifat mərhələsində İsveç "Malmö”sü ilə qarşılaşacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti