Regekampf "Neftçi"nin yeni məşqçisi oldu

Regekampf "Neftçi"nin yeni məşqçisi oldu
  21 İyun 2022    Oxunub:477
"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşib. AzVision.az xəbər verir ki, komandanı rumıniyalı Laurensiu Regekampf çalışdıracaq. 46 yaşlı mütəxəssisin təqdimatı klub televiziyası vasitəsilə olub.
Regekampf “Neftçi” ilə 2 illik müqaviləyə imza atb.

Qeyd edək ki, Laurentsiu Regekamfın ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında da baş məşqçilik edib. Onun sonuncu iş yeri “Universitatya” (Krayova) olub.

AzVision.az

Teqlər:







Xəbər lenti