Xəyanətə görə dostunu öldürdü, arvadını isə bıçaqladı

   Xəyanətə görə dostunu öldürdü, arvadını isə bıçaqladı
  22 İyun 2022    Oxunub:1149
Samuxda törədilən qətlin təfərrüatı məlum olub.
AzVision.az xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Mədət Tağıyevin atası Fəzail Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, qətlə yetirilən Cavid Əliyev və hadisəni törədən Mədət Tağıyev dost olublar: “Mədət evdə ailəsi ilə yemək yeyərkən arvadı Aygünün dostu Cavidlə telefonla mesajlaşmasını tutub. Buna görə də xəyanətdə şübhələnib və Cavidi evinin qabağına çağırıb. Burada ona 4 bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra evə gəlib, arvadı Aygünə də 1 bıçaq vuraraq, onu yaralayıb”.

Qeyd edək ki, öldürülən Cavidin 2 azyaşlı uşağı var. Hazırda prokurorluqda istintaq araşdırmaları davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti