Polis şöbəsində özünə xəsarətlər yetirdi

Polis şöbəsində özünə xəsarətlər yetirdi
  22 İyun 2022    Oxunub:1629
Goranboy sakini polis şöbəsində özünə xəsarətlər yetirib.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

“Rayonun Bolusulu kənd sakini, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi (Oğurluq) ilə təqsirli bilinərək Goranboy rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan Vüsal Cəfərov plastmas qırığı ilə əl, bilək və bədən nahiyyəsinə müxtəlif kəsik xəsarətləri yetirib”, - o bildirib.

Polis əməkdaşları həmin şəxsə ilkin tibbi yardım göstərərək rayon xəstəxanasına yerləşdirib. V.Cəfərovun vəziyyəti normaldır.

AzVision.az



Teqlər:





Xəbər lenti