Qusarda oğlan göldə batıb

Qusarda oğlan göldə batıb
  24 İyun 2022    Oxunub:1316
Qusarda 20 yaşlı oğlan göldə batıb.
AzVision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN)saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti