Şeyxülislam Vyanadan ermənilərə səsləndi

Şeyxülislam Vyanadan ermənilərə səsləndi
  24 İyun 2022    Oxunub:1146
İyunun 24-də Avstriyanın paytaxtı Vyana şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Avstriyadakı səfirliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Sülh və əməkdaşlıq naminə dinlərarası dialoqun təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransı giriş sözü ilə onlayn formatda açan açan BMT-nin Sivilizasiyalararası Alyans üzrə Ali Nümayəndəsi Migel Anhel Moratinos multikultural dəyərlər, dinlərarası dialoqun vacibliyindən danışıb. Daha sonra söz Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə verildi. Azərbaycanın 30 ildən sonra torpaqlarını işğaldan azad etməsi, Cənubi Qafqazda yeni reallıqların yarandığını qeyd edən Bütün Qafqazın Şeyxi bildirdi ki, hazırda dövlətimiz işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa edir, yandırılmış torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparır, Cənubi Qafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivli iqtisadi layihələrlə çıxış edir.


“Təəssüflər olsun ki, Azərbaycan bu istiqamətdə səy göstərərkən Ermənistanda yenə də revanşizm, nifrət çağırışları səslənir. Mən buradan çağırış etmək istərdim ki, erməni din xadimləri və Ermənistan cəmiyyəti öz xalqını dinc yanaşı yaşamağa, sülh quruculuğu işinə təşviq etsinlər, Uca Yararadanımızın buyurduğu yöndə səy göstərsinlər”,- Şeyx vurğulayıb.

Konfransın birinci panelinə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə moderlatorluq edib. Birinci paneldə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla, Türkiyənin Din İşləri Ali Şurasının üzvü Halis Aydemir və başqa natiqlər çıxış ediblər. Kamal Abdulla öz çıxşında Azərbaycanda əsrlər boyu höküm sürən unikal muştikultural dəyərlərdən danışıb. Konfras çərçivəsində 3 panelin keçirilməsi nəzərdə tutulub.

Kamran Qasımov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti