“Qarabağ” bu gün Rumıniya klubu ilə oynayacaq

“Qarabağ” bu gün Rumıniya klubu ilə oynayacaq
  25 İyun 2022    Oxunub:870
Azərbaycan çempionu “Qarabağ” bu gün təlim-məşq toplanışında olduğu Avstriyada ilk yoxlama oyununu keçirəcək.
“Qarabağ” bu gün Bakı vaxtı ilə saat 19:00-da Rumıniyanın “Botoşan” komandası ilə gücünü sınayacaq. Qeyd edək ki, Ağdam komandasının növbəti oyunları iyunun 29-da olacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda həmin gün Almaniyanın “Holştayn” və Rumıniyanın “Universitatya“ (Krayova) klubları ilə üz-üzə gələcək.

AzVision.az



Teqlər: Futbol  





Xəbər lenti