Qızılın qiyməti kəskin artıb

Qızılın qiyməti kəskin artıb
  27 İyun 2022    Oxunub:1211
Qızılın qiyməti bu gün Yeddilik Qrupu (G7) ölkələrinin Rusiyadan qızıl külçə idxalını qadağan etmək planları fonunda bahalaşıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Belə ki, fiziki qızılın qiyməti bazar ertəsi günü 0,5% artaraq unsiya üçün 1835,75 dollara, ABŞ fyuçersləri isə 0,4% artaraq 1837,30 dollara çatıb.

“Oanda” şirkətinin baş analitiki Ceffri Halli bildirib ki, G7-nin Rusiyadan qızıl idxalına mümkün qadağası Asiya ticarətinə müəyyən qısamüddətli təsir göstərəcək. Eyni zamanda, o, bu tendensiyanın qiymətləri dəstəkləyəcək tələb və təklif proqnozunda struktur dəyişiklikləri qeyd edəcəyinə şübhə etdiyini bildirib.

AzVision.az



Teqlər: Qızıl  





Xəbər lenti